İspaniyanın baş naziri Pedro Sançes Pekində Çin prezidenti Si Cinpinlə görüşdə ondan Rusiyaya silah ötürməməyi xahiş etmək niyyətindədir.
Bu barədə El Mundo nəşri yazır.
Məqalədə deyilir: “Çinin fəxri qonağı bu “böyük siyasi əhəmiyyəti” olan görüşə çox konkret xahişlə gəlmək üzrədir: Rusiyaya silah ötürməmək”.
İspaniya hökumətindəki mənbələrə görə, Sançes Çin liderinə Ukraynada sülhün əldə edilməsi üçün şərt təklif etmək niyyətindədir.
“Bu ondan ibarətdir ki, danışıqlar masası arxasına oturmaq və atəşkəs və ya hər hansı digər təklif olunan razılaşmanı qəbul etmək üçün yerinə yetirilməli olan şərtləri Ukrayna özü müəyyən edir”, – El Mundo yazır.
İctimai.az

