İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunur

İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

“Report”un xəbərinə görə, məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məsələnin parlamentin sabahkı plenar iclasının gündəliyinə daxil edilməsi gözlənilir.

Oxşar xəbərlər