WhatsApp 2.23.8.2 beta versiyasında. İstifadəçinin məxfiliyini artırmaq üçün yeni funksiya kəşf edilib.
Bu barədə WABetaInfo portalı məlumat yayıb.
Sözügedən funksiya yalnız barmaq izi və ya parol ilə girişi təmin edərək fərdi söhbətləri bloklamağa imkan verir.
Beləliklə, istifadəçinin yazışmalarını üçüncü şəxslərdən qoruyan əlavə təhlükəsizlik dövrəsi əlavə edir.
Mənbə: haberturk
İctimai.az
