Apple istifadəçilərə musiqi proqramları, Apple TV+, xəritələr və s. ilə qarşılıqlı əlaqə yaratmağa imkan verən sensor displeyli simsiz AirPods üçün korpus yaratmışdır.
Bu barədə Patently Apple portalı məlumat yayıb.
2022-ci ilin sentyabrında təqdim edilmiş patentə əsasən, istifadəçilər Siri səs əmrlərindən istifadə edərək proqramlar arasında keçid edə biləcəklər.
Sxemlərdən biri Handoff funksiyasından istifadə edərək mahnını AirPods-dan HomePod-a köçürmək qabiliyyətini göstərir.
Mənbə: Gazeta.ru
İctimai.az

