Türkiyə ABŞ-ın Türkiyə müxalifətindən Rusiyaya qarşı istifadə etmək planlarını açıqlayıb

Birləşmiş Ştatlar Ankara və Moskvanı Qara dənizdə və Orta Asiyada sıxışdırmağa çalışmaq üçün Türkiyədə müxalifətin qələbə çalmasında maraqlıdır.

Bu barədə Türkiyənin “Aydınlık” qəzeti yazır.

Məqalə müəllifi qeyd edir ki, ABŞ Ukrayna və Yaxın Şərqdə uğur qazana bilməz, ona görə də onlar öz məqsədlərinə çatmaq üçün yeni yollar axtarırlar.

Türkiyə müxalifətinin bəyanatları isə onu göstərir ki, hakimiyyətə gələrsə, rəsmi Ankara anti-Rusiya mövqeyi tuta bilər. Bununla belə, müəllif iddia edir ki, müxalifətin Vaşinqtonla bu məsələdə aydın razılaşmaları olduğuna dair hələ də heç bir sübut yoxdur.

İctimai.az

Oxşar xəbərlər