NATO-ya üzv ölkələr Ukraynanın alyansa daxil olmasının vaxtı ilə bağlı razılaşmanın olmaması fonunda ona ayrılan maliyyənin artırılması ilə bağlı razılığa gəlməyə çalışırlar.
Bu barədə “The Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Qəzetin mənbələrinə görə, NATO xarici işlər nazirləri aprelin 4-də bir araya gələrək 2016-cı ildə Ukraynaya hərtərəfli yardım paketinin ikiqat artırılması və ildə təqribən 250 milyon avro məbləğində öhdəliklərin 500 milyon avro hədəfinə çatdırılmasını müzakirə edəcəklər.
İctimai.az

