Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, taxıl müqaviləsinin bir hissəsi hələ də icra olunmayıb.
“Bu günlərdə biz BMT nümayəndəsinin, rəsmi nümayəndələrin Qara dəniz sazişlərinin çox bədnam ikinci hissəsinin və ya taxıl müqaviləsinin icrası ilə bağlı müvafiq dövlətlərlə əlaqə saxlamağa davam etdikləri barədə bəyanatını eşitdik”, – Peskov bildirib.
O qeyd edib ki, Kreml bu razılaşmaların icrasını gözləyir, “çünki indiyə qədər sövdələşmənin bu hissəsi tamamlanmayıb və həyata keçirilməyib”.
Mənbə: TASS
İctimai.az

