16/06/2026

Estoniyada şəbəkədə mövcud olan Rusiya telekanallarına baxmaq imkanı məhdudlaşdırılıb

Estoniya İstehlakçıların Hüquqlarının Müdafiəsi və Texniki Tənzimləmə Təşkilatı (TTJA) Avropa İttifaqında qadağan olunmuş Rusiya telekanallarına baxmaq üçün istifadə oluna bilən 53 domenə girişi məhdudlaşdırıb.

Bu barədə RİA Novosti idarənin nümayəndələrinə istinadən məlumat yayıb.

“TTJA Aİ-də qadağan olunmuş Rusiya telekanallarına baxmaq mümkün olan 53 domenə girişi bağlayıb və bu barədə internet provayderlərini məlumatlandırıb”, – deyə agentlik bildirib.

Şöbə müdiri Kristi Talvinqin sözlərinə görə, Rusiya kanallarının mühüm informasiya mənbəyi kimi qeyd edilməsi il ərzində 33%-dən 11%-ə düşüb. Məlumat əhali arasında aparılan sorğular əsasında əldə edilib.

İctimai.az

Oxşar xəbərlər