Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya lideri Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenkonun Ukrayna münaqişəsinin həlli ilə bağlı Minskin təşəbbüslərini müzakirə edə biləcəyini istisna etmir.
O, bu barədə jurnalistlərə verdiyi brifinqdə bildirib.
“Görünür, Aleksandr Qriqoryeviç özü də bu məsələ ilə bağlı izahat verməyi zəruri hesab edir. Bundan sonra təbii ki, fikir mübadiləsi aparılacaq”.
Bir gün əvvəl Kremlin mətbuat xidməti xəbər vermişdi ki, aprelin 6-da Putin və Lukaşenkonun iştirak edəcəyi İttifaq Dövlətinin Ali Dövlət Şurası iki ölkə arasında inteqrasiya əməkdaşlığı ilə bağlı qərarlar qəbul edəcək.
İctimai.az

