16/06/2026

General Motors 5 min iş yerini ixtisar edəcək

Amerikanın avtomobil istehsalçısı General Motors öz işçilərinə kompensasiya ödənilməklə könüllü ixtisar proqramına başlayır və onun köməyi ilə 5000 iş yerini azad etməyi planlaşdırır.

Bu barədə Bloomberg məlumat yayıb.

İş yerlərinin “könüllü geri alınması” proqramının köməyi ilə avtomobil istehsalçısı 2023-cü ildən başlayaraq ildə 1 milyard dollar qənaət etməyi gözləyir. O, məcburi ixtisarların qarşısını almaq üçün bu tədbiri tətbiq edib.

General Motors öz sırasını təkmilləşdirmək və daxili yanma mühərriklərindən elektrik mühərrikinə keçid üçün növbəti bir neçə il ərzində 35 milyard dollar sərmayə qoymağı planlaşdırdığı üçün pula qənaət etmək məcburiyyətindədir. Xüsusilə, 2025-ci ilə qədər GM öz sırasındakı elektrik modellərinin sayının 30-a çatacağını gözləyir.

İctimai.az

Oxşar xəbərlər