Fransız süd məhsulları istehsalçısı Danone Rusiyada bəzi markalardan imtina edəcək.
Xüsusilə, söhbət Activia, Alpro, Actimel-dən gedir.
Bu barədə “İzvestiya” qəzeti mənbəyə istinadən yazır.
Fransızlar hazırda bazarda müxtəlif strategiya variantlarını araşdırırlar. Məsələn, onlar hazırda qlobal brendlər altında satılan məhsullar üçün yerli adlardan istifadə edə bilərlər.
Qeyd olunur ki, 2022-ci ilin oktyabrında Danone süd məhsulları və bitki mənşəli içkilərin yerli istehsalına nəzarəti təhvil vermək niyyətində olduğunu bəyan edib. Bununla belə, bu müqaviləyə uşaq qidası biznesi daxil olmayacaq: Nutrilon, Malyutka və Malysh brendləri.
Mənbə: Gazeta.ru
İctimai.az

