27/06/2026

Samsung flaqman yeniləməsi batareyasını məhv edir

Aprelin əvvəlində Samsung şirkəti Galaxy S23 seriyalı smartfonlar üçün böyük bir yeniləmə buraxdı, lakin tezliklə bir çox istifadəçi qadcetlərinin muxtariyyətinin azalmasından şikayətlənməyə başladı.

Bu barədə IXBT internet nəşri məlumat yayıb.

Belə ki, Samsung texniki dəstək forumunda və sosial şəbəkələrdə Galaxy S23 flaqmanlarının sahibləri tərəfindən çoxlu narazı rəylər olub. İstifadəçilər iddia edirlər ki, smartfonlar akkumulyator enerjisini yeniləmədən əvvəlkindən çox daha tez istehlak edir.

Aprel proqram təminatı smartfonlara bir sıra təkmilləşdirmələr gətirdi, o cümlədən smartfon kamerasının işi. Bununla belə, Galaxy S23 sahiblərinin fikrincə, bununla yanaşı, gözləmə rejimində batareya sərfiyyatı da artıb – 2-3%-dən 5-6%-ə qədər.

İctimai.az

Oxşar xəbərlər