28/06/2026

Twitter, əvvəllər it şəkli ilə əvəz edilmiş orijinal mavi quş loqosunu geri qaytardı

Twitter sosial şəbəkəsi aprelin 7-də mavi quşun orijinal loqosunu geri qaytarıb.

Əvvəllər bu loqo Dogecoin kriptovalyutasının simvolu olan itlə əvəz edilib.

Saytın səhifələrinə baxarkən orijinal loqo göstərilir.

TASS yazıb ki, hazırda sosial şəbəkənin dəstək səhifəsində, bloqunda və Twitter sahibi İlon Maskın səhifəsində bu məsələ ilə bağlı şərh yoxdur. Twitter bu il aprelin 4-də loqosunu Dogecoin itinin şəklinə dəyişdi.

Bəzi istifadəçilər mavi quş əvəzinə Şiba İnu itini görüblər. Dəyişikliyin daimi və ya müvəqqəti olması ilə bağlı heç bir şərh verilməyib.

İctimai.az

Oxşar xəbərlər