Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşündə deyib ki, ABŞ-ın Ukrayna prezidenti Vladimir Zelenskinin izlənilməsi ehtimalını istisna etmək olmaz.
“Bunu istisna etmək olmaz. Sızdırılan məlumatlar kifayət qədər maraqlıdır”, – Kreml sözçüsü bildirib.
Onun fikrincə, ABŞ-ın müxtəlif dövlət başçılarını izləməsi barədə məlumatlar dəfələrlə gündəmə gəlib və qalmaqallara səbəb olub.
Mənbə: TASS
İctimai.az

