Aprelin 11-də ticarət zamanı bitkoinin (Bitcoin) dəyəri 30,194 min dollara yüksəlib, onun artımı 5%-dən çox olub.
Bunu Coindesk platformasının məlumatları sübut edir.
Bitkoinin dəyəri sonuncu dəfə 2022-ci il iyunun 10-da 30.000 dolları keçib. Moskva vaxtı ilə saat 05:33-ə olan məlumata görə, onun qiyməti 30,269 min dollar (+6,86%) səviyyəsindədir.
Bu kriptovalyutanın pik dəyəri 9 noyabr 2021-ci ildə (67 554 dollar) qeydə alınıb. Bundan sonra kəskin eniş başladı. 18 iyun 2022-ci ildə Bitcoin 17 630 dollara qədər ucuzlaşıb.
İctimai.az

