16/06/2026

Pekin Yaponiyanı Çin təhdidini şişirtməkdə ittiham edir

Pekin deyir ki, Tokio “köhnə hekayələrlə ölkəyə böhtan atır” və sözdə Çin təhlükəsini qızışdırır. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbinin sözlərinə görə, Yaponiya Çinin daxili işlərinə qarışır.

O, bunu Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adlı illik hesabatında Yaponiyanın Çini təhlükə adlandırması ilə bağlı məlumatı şərh edərkən deyib.

“Biz Yaponiyanı təxribatları və müxalif düşərgələrin yaradılmasını dayandırmağa çağırırıq”, – RİA Novosti Çin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən yazır.

İctimai.az

Oxşar xəbərlər