Şimali Koreya lideri Kim Çen In “Koreya yarımadasında təhlükəsizliyin daim pisləşməsi” səbəbindən ölkənin müdafiə qabiliyyətini gücləndirməyə çağırıb.
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, o, bunu Mərkəzi Hərbi Komissiyanın genişləndirilmiş iclasında deyib.
Şimali Koreya “ABŞ imperialistlərinin və Cənubi Koreyanın satqın marionetlərinin təcavüzkar müharibəyə başlamağa yönəlmiş artan hərəkətlərinin öhdəsindən gəlmək üçün ölkədəki çəkindirmə qüvvələrini hər cür gücləndirməyə” hazırdır.
İctimai.az

