Aİ Rusiyanın hava məkanının Avropaya uçuşlar üçün 2029-cu ilə qədər bağlanacağını bildirib.
Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının hesabatında deyilir.
“Hazırda Ukrayna və Rusiyanın hava məkanının planlaşdırma üfüqünün sonuna (2029) qədər bağlı qaldığını güman edirik”, – hesabatda deyilir.
Daha əvvəl “Kommersant” yazıb ki, Nəqliyyat Nazirliyi 2030-cu ilə qədər yerli aviasiya sənayesinin inkişafı üçün 627 milyard rubl dəyərində layihə hazırlayıb.
İctimai.az

