16/06/2026

Moldovaqaz rəhbəri tariflərin yüksək olması səbəbindən il ərzində qaz istehlakının 20% azaldığını açıqlayıb

Moldovada qazın yüksək tarifləri qaz istehlakının ildə 20% azalmasına səbəb olub.

Bunu “Moldovaqaz” enerji şirkətinin rəhbəri Vadim Çeban “Vocea Basarabiei” (“Bessarabiyanın səsi”) telekanalının efirində deyib.

“Təbii ki, tariflər yüksəkdir. “Moldovaqaz” bunda maraqlı deyil, biz artıq görürük ki, ötən illə müqayisədə istehlak 20% azalıb. Bu, nə bütün sistem, nə də nəqliyyat və paylama fəaliyyətləri üçün sərfəli deyil, çünki göstəricilər azalmaqda davam edir”, – Çeban bildirib.

İctimai.az

Oxşar xəbərlər