ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman Əl Səud telefon danışığı çərçivəsində Yəməndəki vəziyyəti müzakirə edib və İrandan gələn təhdidlərin qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Bu barədə TASS məlumat yayıb.
Ağ Ev qeyd edib ki, Sullivan və Məhəmməd bin Salman Əl Səud “bir sıra beynəlxalq və regional məsələləri, o cümlədən Yəməndə müharibəyə son qoymaq üçün davam edən diplomatik əlaqələri müzakirə ediblər”.
İctimai.az

