Keçmiş bədən tərbiyəsi müəllimi və amerikalı əsgər Brooks Scott bildirib ki, o, Meta şirkətinin rəhbəri Mark Zukerberqin mühafizəçilərindən biri kimi iki ildən artıq çalışıb, lakin ona qarşı təhdidlər səbəbindən daim stresslə üzləşib.
O, Business Insider-ə milyarderlə işləməyin çətinliyindən danışıb.
Skottun sözlərinə görə, keçmişdə o, ABŞ qubernatorları Kris Kristi və Con Korzinin mühafizəçisi kimi işləməyi bacarıb və məhz o zaman Facebook-un kadrlar departamentinin diqqətinə düşüb.
“Mənə bu işi tövsiyə edən şəxs müsahibəyə kostyum və qalstukda getməməyimi dedi. Kostyum geyinməməyə özümü saxlaya bilmədim, ona görə də qalstukdan imtina etdim. Facebook-un Kaliforniyadakı ofisində müsahibə səkkiz saat davam etdi” dedi.
İctimai.az

