22/06/2026

Yaponiya silahlı qüvvələrə KXDR raketini vurmağı əmr etməyib

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno ölkənin Müdafiə Nazirliyinin özünümüdafiə qüvvələrinə Şimali Koreyadan atılan raketi vurmaq əmri vermədiyini bildirib.

Bu barədə TASS məlumat yayıb.

“Mövcud olan məlumatlara əsasən, Yaponiya ərazisinə heç bir təhlükə olmadığı qənaətinə gəldik, ona görə də raketin vurulması əmri verilmədi”, – Matsuno bildirib.

Bundan əvvəl Yaponiya Müdafiə Nazirliyinin nümayəndəsi parlamentin xarici siyasət və təhlükəsizlik komitəsində dinləmələr zamanı bildirmişdi ki, raket buraxılışı ilə əlaqədar ölkə hökuməti diplomatik kanallar vasitəsilə KXDR-ə etiraz edib.

İctimai.az

Oxşar xəbərlər