Polşa ABŞ qoşunlarının öz ərazisində daimi olmasına çalışacaq

Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Varşava öz ərazisində ABŞ qoşunlarının daimi olmasına çalışacaq.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, parlamentdə keçirilən iclasda bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Redzikovdakı raketdən müdafiə bazası tezliklə Polşada əməliyyat hazırlığına gələcək. Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşdən sonra mətbuat konfransı zamanı ölkəyə bir neçə min əlavə əsgər göndəriləcəyini açıqladığını bildirib.

İctimai.az

Oxşar xəbərlər