Şimali Koreya lideri Kim Çen In bildirib ki, yeni qitələrarası ballistik raket (ICBM) “Hvason-18” KXDR-in əks-hücum nüvə zərbəsi endirmək imkanlarını artıracaq.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Nəşr qeyd edir ki, Kim Çen In “raketin nəticələrindən məmnunluğunu ifadə edib”. Onun sözlərinə görə, belə silahlara sahib olmaq KXDR-ə “nüvə əks-hücumunun effektivliyini artırmağa” imkan verəcək.
Bundan əvvəl, aprelin 13-də Şimali Koreya ilk dəfə olaraq yeni uzunmənzilli “Hvason-18” bərk yanacaq ballistik raketini sınaqdan keçirib. Qeyd edilir ki, buraxılışa Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.
Mənbə: Gazeta.ru
İctimai.az

