22/06/2026

İranla münasibətlərin yaxşılaşması ilə əlaqədar ABŞ-dan nümayəndə heyəti Səudiyyə Ərəbistanına gəlib

Axios portalının məlumatına görə, İranla münasibətlərin yaxşılaşması ilə əlaqədar ABŞ-dan yüksək səviyyəli nümayəndə heyəti Səudiyyə Ərəbistanına gəlib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokstinin səfərinin rəsmi səbəbi “İranla münasibətlərin normallaşdırılması prosesini müzakirə etməkdir”.

Bundan əlavə, Amerika nümayəndə heyətinin və Səudiyyə diplomatlarının müzakirə mövzuları Yəməndə sülh prosesi və “enerji təhlükəsizliyi”, o cümlədən neft hasilatı məsələləri olacaq.

Mənbə: Haber Global

İctimai.az

Oxşar xəbərlər