09/06/2026

Twitter mətn mesajının ölçüsünü kəskin şəkildə artırdı və şrift formatını təqdim etdi

TASS sosial şəbəkənin mesajına istinadən xəbər verir ki, Twitter mətn mesajının ölçüsünü kəskin şəkildə artırıb və abunə əsasında şrift formatını tətbiq edib.

“Biz Twitter-də yazı və oxu təcrübəsini təkmilləşdiririk! Bu gündən etibarən Twitter mətni qalın və ya kursivlə formatlamaq imkanı ilə 10.000 simvol uzunluğunda mesajları dəstəkləyir.

Qeyd olunur ki, mətnin formatlaşdırılması imkanları Twitter Blue abunəçilərində görünür. Sonuncu dəfə mətn mesajının uzunluğu 280 simvoldan 4000 simvola qədər artırılıb.

İctimai.az

Oxşar xəbərlər