09/06/2026

Tramp ittihamlardan sonra seçki kampaniyası üçün 15,4 milyon dollar toplayıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ittiham olunduqdan sonra seçki kampaniyası üçün 15,4 milyon dollar alıb.

Bu barədə CNN öz seçki qərargahına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Tramp kampaniyası hesab edir ki, ianələrin bu artımı keçmiş prezident saxta maliyyə sənədləri hazırlamaqda ittiham edildikdən sonra Tramp tərəfdarlarının onun ətrafında necə toplaşdığını göstərir.

Beləliklə, hüquqi problemlər Trampa həm siyasi, həm də maliyyə baxımından xeyir verib.

İctimai.az

Oxşar xəbərlər