09/06/2026

Şimali Koreya ABŞ-ı “nüvə şantajı”na görə cavab tədbirləri ilə hədələyib

ABŞ-ın KXDR-ə qarşı nüvə şantajı strateji bombardmançı təyyarələrin yerləşdirilməsi ilə yeni səviyyəyə çatıb.

Bu barədə CTC-nin məlumatında deyilir.

Şimali Koreya həmçinin ABŞ-ı hədələyib ki, əgər Vaşinqton “dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymasa və Koreya yarımadasında təhlükəsizliyi təhdid edən hərəkətlərini davam etdirərsə” Pxenyanın “onlarda daha aşkar təhlükəsizlik böhranı və keçilməz təhlükə hiss etməsi üçün lazımi tədbirləri görəcək”.

“Birləşmiş Ştatların strateji nüvə bombardmançılarını səfərbər etməsi və Cənubi Koreya qırıcıları ilə birgə hava təlimləri keçirməsi bizə qarşı nüvə təhdidinin və şantajın gözardı edə bilməyəcəyimiz səviyyəyə çatdığının bariz göstəricisidir”.

Mənbə: Lenta.ru

İctimai.az

Oxşar xəbərlər