09/06/2026

Putin ilk dəfə Xerson vilayətinə səfər edib

Rusiya prezidenti Vladimir Putin “Dnepr” qoşun qrupunun Xerson istiqamətində yerləşən qərargahına baş çəkib.

Bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

“Vladimir Putin Xerson vilayətindəki “Dnepr” qoşun qrupunun qərargahında”, – nəşr yazır.

Rusiya liderinin mətbuat xidməti bildirib ki, o, Hava-Desant Qüvvələrinin (VDV) komandanı general-polkovnik Mixail Teplinskinin, Dnepr qoşunlar qrupunun komandanı, general-polkovnik Oleq Makareviçin və bəzi digər hərbi rəhbərlərin məruzələrini dinləyib. Putin onlarla Xerson və Zaporojye istiqamətlərində vəziyyəti müzakirə edib.

Oxşar xəbərlər