Avropa Parlamenti 2024-cü ildən Kosovo ilə vizasız rejimin tətbiqini dəstəkləyib

Avropa Parlamentinin üzvləri tanınmamış Kosovo ilə bağlı Avropa İttifaqının viza siyasətinin yumşaldılmasının lehinə səs veriblər.

AP saytının məlumatına görə, parlamentarilərin əksəriyyəti Priştina ilə 180 günlük müddət ərzində 90 günə qədər vizasız sazişi təsdiqləyib.

“Kosovo vətəndaşlarının Aİ-yə, Aİ vətəndaşlarının isə Kosovoya 90 günə qədər viza tələb etmədən 180 günlük müddətə daxil olmasına icazə veriləcək. Qanun qüvvəyə mindikdən sonra bütün Qərbi Balkan regionu Şengen zonası üçün oxşar viza çərçivəsinə malik olacaq.

Oxşar xəbərlər