Braziliya prezidenti Luiz İnasio Lula da Silva çıxışı zamanı video oyunların uşaqlara mənfi təsir etdiyini və onlara başqa insanları öldürməyi öyrətdiyini bildirib. Bu barədə Dust2.BR portalı məlumat yayıb.
Braziliya prezidenti Lula da Silva məktəb təhlükəsizliyinə həsr olunmuş tədbirdə çıxış edib. O, övladlarını sakitləşdirmək üçün onlara planşet verən valideynləri tənqid edib.
“Oyunlarda nə sevgi haqqında, nə də təhsil haqqında bir söz var. Uşaqlara öldürməyi öyrədirlər. Və hər dəfə İkinci Dünya Müharibəsindən daha çox ölüm olur. Sadəcə uşaqlarınızın oyunlarına baxın “dedi siyasətçi.

