Tanjuq xəbər verir ki, ABŞ hakimiyyəti dəfələrlə serbləri tanınmamış Kosovoda aprelin sonunda keçiriləcək seçkilərdə iştirak etməyə çağırıb, deyə Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Qabriel Eskobar bildirib.
Onun sözlərinə görə, Vaşinqton etnik serblərin iştirakından asılı olmayaraq səsvermənin nəticələrini dəstəkləyəcək.
“Biz onların problem olaraq gördüklərinin çoxunu başa düşürük, lakin onlar hər halda işə qarışmalıdırlar. Əgər onlar iştirak etmirlərsə, bu o demək deyil ki, biz [ABŞ] seçkiləri dəstəkləmirik.
Seçkilər keçiriləcək və biz onların nəticələrini tanıyırıq, ümid edirik ki, serblər bir gün qayıdacaqlar “dedi Eskobar.

