31/07/2026

Yaponiya 2022-ci maliyyə ilində Rusiyadan neft idxalını 80,5% azaldıb

Yaponiya 2022-ci il aprelin 1-də başlayan və 2023-cü il martın 31-də başa çatan 2022-ci maliyyə ilində Rusiyadan neft idxalını 80,5% azaldıb.

Bu barədə TASS Yaponiya Maliyyə Nazirliyinin ticarət statistikasına istinadən məlumat yayıb.

Eyni zamanda, agentliyin məlumatına görə, Yaponiya bu dövrdə Rusiya Federasiyasından mayeləşdirilmiş təbii qazın (LNG) idxalını 6,2%, Rusiya kömürünün idxalını isə 55,2% azaldıb.

Daha əvvəl “Dünya” ekspert rəyinə istinadən yazıb ki, 2023-cü ilin sonuna qədər neftin barelinin 100 dollara qalxa biləcəyinə görə, neft tədarükündən ciddi şəkildə asılı olan Yaponiya, Hindistan, Almaniya və Fransanın iqtisadiyyatı zərər görəcək.

Oxşar xəbərlər