Sudan Silahlı Qüvvələri 177 misirli hərbçinin vətənlərinə təxliyəsi barədə Facebook-da məlumat yayıb.
Sudan Silahlı Qüvvələri, Meroedə Çevik Reaksiya Qüvvələrinin (Xüsusi Qüvvələr) birləşmələrinin üsyanı zamanı saxlanılan 177 Misir Hərbi Hava Qüvvələrinin texniki işçisinin dörd Misir hərbi-nəqliyyat təyyarəsi ilə Donqoli hava limanından Misirə təxliyə edildiyini bildirib.
Onların sözlərinə görə, bütün Misir hərbçiləri “Misir-Sudan birgə təlimlərinin protokoluna uyğun olaraq” Sudan ərazisində olublar. Həmçinin bildirilir ki, təxliyyə Sudan və Misir tərəflərinin koordinasiyası ilə həyata keçirilib.

