16/06/2026

ABŞ və G7 ölkələri Rusiyaya ixraca demək olar ki, tamamilə qadağa qoymağı düşünür

ABŞ və ABŞ-ın müttəfiqi olan ölkələr Rusiyaya ixraca demək olar ki, tamamilə qadağa qoymağı düşünürlər.

Bu barədə Bloomberg yazır.

Qeyd olunur ki, G7-yə üzv ölkələrin nümayəndələri bu ideyanı may ayında Yaponiyada keçiriləcək G7 sammiti öncəsi müzakirə edirlər. Ehtimal olunur ki, qadağanı bütün Aİ dövlətləri bu ideyaya cəlb edə bilsələr, tətbiq edə bilərlər. Mənbələrin bildirdiyinə görə, hələ də müzakirə olunur.

Mənbələrin bildirdiyinə görə, sammitdə qərar təsdiqlənərsə, siyahıdan istisnalar barədə razılığa gəlmək lazım gələcək. Dərmanların, kənd təsərrüfatı məhsullarının, o cümlədən ərzaq məhsullarının sanksiyalardan kənarda qalma ehtimalı var.

Oxşar xəbərlər