Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib ki, Kubanın baş naziri Manuel Marrero 2023-cü ilin iyununda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak edəcək.
Bu barədə TASS məlumat yayıb.
“İyunun birinci yarısında Avrasiya Hökumətlərarası Şurasının baş nazirlər səviyyəsində keçiriləcək iclasında Kubanın baş naziri müşahidəçi qismində iştirak edəcək”, – Lavrov bildirib.
O vurğulayıb ki, bundan sonra Marrero Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün Sankt-Peterburqa gedəcək.

