29/06/2026

Ukraynanın kürdlərin iştirakı ilə Suriyadakı Rusiya Silahlı Qüvvələrinə hücumlar planlaşdırdığı iddia edilir

İddialara görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi kürd silahlı qruplaşmalarının iştirakı ilə Suriyada Rusiya hərbçilərinə qarşı gizli hücumlar həyata keçirmək planları hazırlayıb.

Bu barədə “The Washington Post” qəzeti Pentaqonun və Amerika kəşfiyyatının, ehtimal ki, sosial şəbəkələrə daxil olan məxfi sənədlərinə istinadən yazır.

Nəşr qeyd edir ki, ötən ilin qışında Ukrayna kəşfiyyatı əməliyyat üzərində işləməyə başlayıb, lakin artıq 2022-ci ilin dekabrında Ukrayna prezidenti Vladimir Zelenski bu hərəkətləri dayandırmağı əmr edib.

İctimai.az

Oxşar xəbərlər