ABŞ-da strateji neft ehtiyatlarının artırılması planları açıqlanıb

Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə müşaviri Amos Hochstein bildirib ki, ABŞ bu payızda strateji neft ehtiyatını artırmağa başlaya bilər.

Bu barədə Bloomberg məlumat yayıb.

“Əgər biz nefti 70 dollara ala bilsək, bu, həm ağlabatan strateji ehtiyatların idarə edilməsi, həm də maliyyə baxımından amerikalılar üçün yaxşı bir sövdələşmə olacaq”.

Hazırda WTI markalı neftin iyun fyuçerslərinin dəyəri bir barel üçün təxminən 77 dollar təşkil edir.

İctimai.az

Oxşar xəbərlər