Nikaraqua rəhbərliyi Diaz-Kaneli yenidən Kuba Prezidenti seçilməsi münasibətilə təbrik edib

Nikaraqua hökuməti Xalq Hakimiyyəti Milli Assambleyası tərəfindən yenidən bu vəzifəyə seçilmiş Kuba prezidenti Migel Diaz-Kanelə təbriklər göndərib.

Bu barədə Nikaraqua prezidenti Daniel Orteqa və vitse-prezident Rosario Murilyonun bəyanatına istinadən TASS məlumat yayıb.

“Sizin yenidən bu qardaş və qəhrəman xalqın Prezidenti vəzifəsinə seçilməyinizdən böyük sevinc hissi ilə xəbər tutduq. Sizə bütün sevgimizi, hörmətimizi və heyranlığımızı göndərir, əziz xalqımıza birlikdə qurmağa davam etməli olduğumuz yeni dünyanın doğulduğu dövrdə ən yaxşısını arzulayırıq”, – bəyanatda deyilir.

İctimai.az

Oxşar xəbərlər