Ukrayna prezidenti Vladimir Zelenski Meksika Konqresində çıxış edərək Ukraynanın ərazi bütövlüyünün qorunmasına kömək istəyib.
Bu barədə CNN məlumat yayıb.
Zelenski videomüraciətində “BMT Baş Assambleyasında və digər beynəlxalq təşkilatlarda səsiniz çox vacibdir” dedi. Zelenski həmçinin Meksikanı Ukrayna ilə bağlı sülh planının həyata keçirilməsinə kömək etməyə çağırıb, Reuters xəbər verir.
O, Meksikaya BMT-nin səsverməsinə və humanitar yardıma dəstək verdiyi üçün təşəkkür edib və onu “sülh formulu”na töhfə verməklə “liderlik” göstərməyə dəvət edib. Zelenski Meksika ilə Ukrayna arasında münasibətlərin möhkəmləndirilməsini müdafiə edən bir qrup insanın dəvəti ilə Meksika parlamenti qarşısında çıxış edib.
İctimai.az

