29/06/2026

Yaponiya təyyarələri Sudandan evakuasiyaya hazırlaşmaq üçün Cibutiyə yollanıb

Yapon təyyarələri Sudandan evakuasiya hazırlamaq üçün Cibutiyə göndərilib.

Bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, C-130 Hercules hərbi-nəqliyyat təyyarəsi, Boeing KC-767 tanker təyyarəsi və C-2 nəqliyyat təyyarəsi Cibutiyə istiqamət alıb.

Cibutidə Yaponiyanın hərbi bazası var. Kontingent antipirat əməliyyatlarında iştirak edir.

Bundan əvvəl Sudanın səhiyyə naziri Haysham Mohammed İbrahim Ramazan bayramının ilk günündə baş verən qarşıdurmalarda ən azı 59 nəfərin öldüyünü bildirmişdi.

Daha 200 nəfər yaralanıb.

Oxşar xəbərlər