“Bavariya”nın keçmiş baş məşqçisi Julian Nagelsmann mətbuatda onun London Chelsea klubuna rəhbərlik etməkdən imtina etdiyi iddia edilən xəbərlərə münasibət bildirib.
Nagelsmann Sky Sport Germanya deyib: “Bir şeydən imtina etmək üçün əvvəlcə nəsə söz verməlisən”.
Aprelin 17-də “Çelsi”nin Nagelsmannla onun baş məşqçi təyin olunması üçün danışıqlara başladığı xəbəri yayılmışdı. Klubun idman rəhbərliyinin nümayəndələri almaniyalı mütəxəssislə görüş keçirib. Nagelsmanın nümayəndələri mütəxəssisin hansı səlahiyyətlərə malik olacağını və təyinat alacağı təqdirdə onu nə qədər müddətə klubda görəcəklərini öyrənmək istəyiblər.
