Latviya Xarici İşlər Nazirliyi bildirib ki, Ümumdünya Ərzaq Proqramı Aİ-nin sanksiyaları altında olan müəssisələrə məxsus 200 min ton Rusiya mineral gübrəsinin ilk partiyasını Riqadan Keniyaya aparıb.
RİA Novosti xəbər verir ki, bu barədə məlumat Latviya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Latviya Xarici İşlər Nazirliyinin məlumatına görə, yaxın vaxtlarda ölkədən sanksiyalar altında olan mineral gübrələrin daha bir neçə partiyası ixrac ediləcək.
Aprelin 6-da Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib ki, Avropa limanlarında bloklanan Rusiya gübrələrinin iki yeni partiyası hazırda hazırlanır və tezliklə ehtiyacı olan ölkələrə göndəriləcək. Estoniya, Latviya, Belçika və Hollandiya limanlarında həbs edilən 262 min ton Rusiya gübrəsinin göndərilməsi planlaşdırılırdı.

