29/06/2026

Britaniyanın keçmiş baş naziri Truss Hindistanda çıxış etdiyi üçün təxminən 82 min dollar alıb

İngiltərənin keçmiş baş naziri Liz Truss Hindistanın Mumbay şəhərində keçirilən konfransdakı çıxışına görə 65,751,62 funt sterlinq (təxminən 82,000 dollar) qazanıb. Bu barədə “The Mirror” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu ilin fevralında Böyük Britaniyanın keçmiş baş naziri Hindistanın ABP Networks media konqlomeratı tərəfindən Mumbayda təşkil olunan tədbirdə çıxış edib. O, tamaşaçılara “şəhərin enerjisinə və həyəcanına heyran olduğunu” deyib.

Truss nəşrdən sitat gətirib: “Azadlığa inanan bir ölkə olaraq… siz yaxın bir neçə ildə həyati vacib olacaqsınız”.

Oxşar xəbərlər