30/06/2026

Apple ölçüsünə görə televizorla müqayisə edilə bilən kompüter üzərində işləyir

Apple 32 və 42 düymlük monitorlar və iMac istehsal etməyə başlayacaq və 2027-ci ilə qədər LCD displeyləri öz cihazlarından tamamilə çıxaracaq.

Bu barədə “OLED-info” portalı “Omdia” analitik şirkətinə istinadən xəbər verir.

Analitiklər bildirirlər ki, Apple 2026-cı ilə qədər demək olar ki, bütün cihazlarını OLED-ə keçirəcək. Şirkətin yeganə LCD cihazı 10,9 düymlük iPad olaraq qalacaq və iPad Pro 2024-cü ilə qədər Mini-LED-dən OLED-ə keçəcək.

MacBook Pro noutbukları isə öz növbəsində 2026-cı ildə OLED displeyləri alacaq.

Oxşar xəbərlər