ABŞ-ın Moskvadakı səfirliyi Rusiya xarici işlər naziri Sergey Lavrovun pulundan rusiyalı jurnalistlərə pasportları hələ də verməyib.
Bu barədə TASS məlumatlı media nümayəndələrinə istinadən məlumat yayıb.
“Pasportlar amerikalılar tərəfindən qaytarılmayıb” deyə jurnalistlər qeyd ediblər.
Agentliyin məlumatına görə, bundan əvvəl vizalarla bağlı görüş martın 31-nə planlaşdırılsa da, sonradan ləğv edilib. Aprelin 22-də mətbuat nümayəndələri viza almaq üçün nümayəndəliyə dəvət olunub. Bu tarix Lavrovun ABŞ-a uçuşundan əvvəlki son gündür.

