09/06/2026

Avstraliya Cənub-Şərqi Asiyada Çinin ABŞ-dan üstünlüyünə işarə etdi

Avstraliyanın müstəqil mərkəzi Lou İnstitutunun araşdırmasına görə, Pekin Cənub-Şərqi Asiya ölkələrində təsir imkanlarına görə Vaşinqtonu qabaqlayır, RİA Novosti xəbər verir.

Agentliyin məlumatına görə, analitiklərin hesabatı Çinin regionda artan üstünlüyünə işarə edir ki, bu da hər iki güc üçün strateji əhəmiyyət kəsb edir.

“2018-ci ildən bəri Çin Cənub-Şərqi Asiyada ümumi təsir baxımından ABŞ-dan üstünlüyünü artırıb.

Çinin təsiri ABŞ üzərində böyük coğrafi və iqtisadi üstünlüyə malik olduğu Laos, Kamboca və Myanmada ən güclüdür. ABŞ isə daha sıx müdafiə və mədəni əlaqələrin olduğu Filippin və Sinqapurda Çindən daha yüksək təsir səviyyəsini saxlayır.

İctimai.az

Oxşar xəbərlər