Britaniya hakimiyyəti İran nümayəndələrinə qarşı respublikada insan haqlarının pozulması ilə bağlı tətbiq edilən sanksiya siyahılarını genişləndirib, Reuters yazır.
Agentliyin məlumatına görə, London İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) regional komandanlığının dörd nümayəndəsinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin sözlərinə görə, qərar krallığın ABŞ və Avropa İttifaqı tərəfindən təmsil olunan müttəfiqləri ilə razılaşdırılaraq qəbul edilib. Onun sözlərinə görə, London “İran rejimi”nin nümayəndələrinin məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirir.
“Böyük Britaniya və beynəlxalq tərəfdaşlarımız bu gün bir daha bəyan edirlər ki, biz rejimin amansız zülmünə göz yummayacağıq. Biz rejimin öz əməllərinə görə cavabdeh olması üçün bir sıra tədbirlər görməyə davam edəcəyik”, – deyə Kleverli bildirib.
İctimai.az

