16/06/2026

Avropa İttifaqının xarici işlər nazirləri Moldovaya təhlükəsizlik missiyasının göndərilməsini təsdiqləyiblər

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Moldovaya təhlükəsizlik missiyasının göndərilməsini təsdiqləyiblər.

RİA Novosti xəbər verir ki, bu barədə diplomatların birgə bəyanatında deyilir.

Sənəddə deyilir: “Bu gün Şura ümumi Avropa təhlükəsizlik və müdafiə siyasətinin bir hissəsi kimi Aİ-nin Moldova üzrə Tərəfdaş Missiyasını təsis edib.

Missiyanın “böhranların idarə edilməsi sahəsində Moldovanın təhlükəsizliyinin dayanıqlığını artırmaq, hibrid təhdidlərə, o cümlədən kibertəhlükəsizliyə qarşı mübarizə aparmaq və xarici informasiya manipulyasiyasına və müdaxiləsinə qarşı mübarizə aparacağı” gözlənilir.

İctimai.az

Oxşar xəbərlər