“Tottenhem Hotspur” “Nyukasl”a məğlub olduqdan sonra baş məşqçisini istefaya göndərdi

İngiltərə Premyer Liqasının (EPL) klubu “Tottenhem Hotspur” həftəsonu Premyer Liqada “Nyukasl Yunayted”ə məğlubiyyətdən sonra baş məşqçi əvəzi Kristian Stellini istefaya göndərib.

London komandası 1:6 hesabı ilə məğlub olub və görüşün ilk 20 dəqiqəsində rəqiblərindən 5 top buraxıb.

“Bazar günü “Nyukasl”la oyunun nəticəsi sadəcə qəbuledilməzdir, onu izləmək ağrılı idi. Kristian və köməkçiləri məşqçilər korpusunu tərk edəcəklər. Onlara gələcəkdə uğurlar arzulayırıq”, – deyə klubun rəsmi saytı “Tottenhem”in idarə heyətinin sədrindən sitat gətirir.

Rayan Meyson bundan sonra baş məşqçi vəzifəsini icra edəcək.

Oxşar xəbərlər